Bakıda müğənni və prodüserlərin şok əlbəyaxası -Fotolar

bakida-mugenni-ve-produserlerin-sok-elbeyaxasi-fotolar
Oxunma sayı: 680






Adı tez-tez qalmaqallarda hallanan şou-biznes əhlinin səs-sorağı kriminal hadisələrdə də çəkilir. “Qafqazinfo”nun məlumatına görə, belə hadisələrdən biri Bakının Binəqədi rayonu ərazisində yerləşən “Bomond” çay evində baş verib. Produser Sayqa Zahidə məxsus çay evi bu dəfə müğənni və prodüserlərin davasına şahidlik edib.

Bir neçə gün əvvəl baş verən mübahisə zamanı düşən davada müğənnilər də daxil olmaqla, prodüserlər Zolik (Zöhrab Ağayev) və Sultan Qocazadə döyülüb. Hətta iş polisə də gedib çıxıb. Məsələ ilə bağlı tərəflər Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə də müraciət ediblər.

Məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, hadisə Zoliklə Sultan arasında baş verib. Belə ki, onlar başqa bir restoranda yeyib-içdikdən sonra “Bomond”a gəliblər. Orada sözləri çəp gələn prodüserlər saçyolduya çıxıblar. Davaya müdaxilə edənlər arasında Pişik Günel və başqa bir gənc müğənni də olub. Dava vaxtı onlara da şillə-təpik dəyib. Dava iştirakçıları gecəni polis bölməsində keçiriblər.

Xəbərdə adları keçən şəxslərin mövqeyini verməyə hazırıq.