Bakıda narkoman dostların “hallanması” acı nəticə verdi

bakida-narkoman-dostlarin-hallanmasi-aci-netice-verdi
Oxunma sayı: 722

Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, Yasamal rayonunda yaşayan Bəhruz Eyvazov bir neçə gün əvvl evdən çıxıb və geri qayıtmayıb. Araşdırmalar zamanı məlum olub ki, iyununun 9-da Bəhruz Eyvazov Yasamal rayonunda yaşayan tanışı Sultan Abdullayevin evində narkotik maddə qəbul etməsi nəticəsində ölüb.

Vəziyyətin pis nəticələnməsindən qorxan Sultan Abdullayev onun meyitini maşına qoyaraq Pirşağı qəsəbəsindəki bağ evinə aparıb və oradakı qarajda basdırıb. Sultan Abdullayev tutularaq istintaqa təhvil verilib.