Bakıda Naxçıvana qarşı aksiya oldu -Fotosessiya

bakida-naxcivana-qarsi-aksiya-oldu-fotosessiya
Oxunma sayı: 670

AXCP üzvü Zeynal Bağırzadənin həbsi ilə əlaqədar olaraq bu gün Naxçıvan Muxtar Respublikasının Bakı nümayəndəliyinin qarşısında bir qrup partiya fəalı aksiya keçirib. “Qafqazinfo”nun məlumatına görə, aksiya keçirilən ərazi polis tərəfindən nəzarətə götürülüb. Aksiya başlayan zaman polislər partiya üzvlərinin ərazidən uzaqlaşdırılmasına çalışıblar. Lakin AXCP üzvləri aksiyanı keçirməkdə israrlı olublar və "Vasif Talıbova istefa", "Biz azadlıq istəyirik" şüarları səsləndiriblər. Bu zaman onların bir neçəsi polis bölməsinə aparılıb və digərləri isə ərazidən uzaqlaşdırılıb.

Saxlanılanlar arasında AXCP sədrinin müavini Asəf Quliyev də var.

AXCP üzvüləri Sahib Huseynli, Yaşar Vəliyev ve Orxan Carçıyev polis bölməsinə aparılıblar.

Xatırladaq ki, Zeynal Bağırzadə barəsində CM-nin 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurma) maddələri ilə cinayət işi qaldırılıb. Dekabrın 26-da isəÿNaxçıvan şəhər Məhkəməsi Zeynal Bağırzadə haqqında 3 aylıq həbs qərarı verib. Həbsindən sonra Z.Bağırzadəyə ölümcül işgəncə verilib.

Sədan Bünyadova