Bakıda oğul atasını qətlə yetirdi- Kriminal xəbərlər

bakida-ogul-atasini-qetle-yetirdi-kriminal-xeberler
Oxunma sayı: 796

“Qafqazinfo” həmin xəbərləri təqdim edir:


Aprelin 11-də N.Abdullayev küçəsində yaşayanlar İlkin Məmmədov ailə münaqişəsi zəminində atası Rafiq Məmmədovu bıçaqla qətlə yetirdiyinə görə Nizami RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Sabunçu RPİ PPXB və 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ehtiram Cəlilovdan 475 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində II Zabrat qəsəbəsi, C.Məmmədquluzadə küçəsində yaşayan Dadaş Aşumovdan 37 qramdan artıq, yaşadığı mənzildən isə 443 qramdan artıq narkotik vasitə olan marixuana aşkar edilib.

Aprelin 5-nə keçən gecə Bakı şəhər sakini Hamlet Mehdizadəyə məxsus Moskva prospektində yerləşən “Loğman Farm” MMC-nin ofisindən dəmir barmaqlıqları sındırma yolu ilə 21 min manat oğurlanıb. Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Tural Əsədov, Rafiq Məmmədov və Abşeron rayon sakini Elçin Həsənov aprelin 10-da yaxalanıblar.

Aprelin 9-da Maştağa qəsəbəsi Albalıq bağları, Yeni massivdə yaşayan Novruz Məmmədova məxsus “VAZ-21011” markalı avtomobil yaşıdığı evin qarşısından qaçırılıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçırılmış avtomobil Maştağa qəsəbəsində saz vəziyyətdə tapılmış, avtomobili qaçıran Bakı şəhər sakini İlqar Məhərrəmov isə aprelin 10-da yaxalanıb.