Bakıda polis internet klublarda reydlərə başlayır

bakida-polis-internet-klublarda-reydlere-baslayir
Oxunma sayı: 644

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızının verdiyi məlumata görə, reydlərin keçirilməsində məqsəd internet klublarda vaxt keçirən şagirdləri müəyyənləşdirməkdir.

Polis əməkdaşları ilə birgə keçiriləcək reydlər zamanı internet klublarda yaxalanan məktəblilərin dərsdən yayınıb-yayınmadığı dəqiqləşdiriləcək. Əgər həmin şagirdin dərs vaxtı klubda olması müəyyən edilsə, dərhal aidiyyəti məktəb rəhbərliyinə məlumat veriləcək, şagirdin sinif jurnalındakı davamiyyətinin necə qeydiyyata alındığı yoxlanılacaq. Həmçinin məktəb rəhbərliyindən şagirdin nə üçün sinifdə olmadığı soruşulacaq. Bunun nəticəsində də işinə biganə yanaşan məktəb rəhbərlikləri müəyyənləşdiriləcək və cəzalandırılacaqlar. Əgər şagirdin ümumiyyətlə məktəbə getmədiyi müəyyən edilsə, dərhal onun valideyninə məlumat veriləcək, valideynlərlə iş aparılacaq.

Reydlərin yaxın günlərdə başlanması gözlənilir.