Bakıda polis rəisinin müavini döyüldü

bakida-polis-reisinin-muavini-doyuldu
Oxunma sayı: 688

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 16-da saat 09:30 radələrində Sabunçu rayonu ərazisində "Setra" markalı avtobusun sürücüsü yol-nəqliyyat hadisəsi törətdib. Sürücü hadisə yerindən qaçmağa cəhd göstərərkən Sabunçu rayon Polis İdarəsinin rəis müavini Əbülfət Rzayev tərəfindən saxlanılıb.

Bu zaman avtobusun sürücüsü Elxan Eminov və sərnişinləri Süleyman Alıyev, onun oğlu Elnur və Xıdır adlı şəxs Rzayevi təhqir edib və ona sifət nahiyəsindən xəsarət yetirib.

Faktla əlaqədar cinayət işi başlanıb.