Bakıda polis zabitlərinə bıçaqla hücum etdilər

bakida-polis-zabitlerine-bicaqla-hucum-etdiler
Oxunma sayı: 644

Bakıda polis leytenantlarına soyuq silahla müqavimət göstərilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, martın 4-də Xətai Rayon Polis İdarəsi 34-cü polis bğlməsinin sahə inspektorları polis baş leytenantı Mahir Rəhimov və polis leytenantı İlkin İmanov gecə gəzintisində olarkən, sərxoş halda olan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ruslan Rəcəbovdan, Zamir Səlimovdan və Ruslan Əhmədovdan şübhələndikləri üçün onlara yaxınlaşıb sənədlərini göstərmələrini tələb ediblər. Bu zaman onlar tabeçilik göstərməyərək, dəmir parçası və bıçaqla polisə qarşı müqavimət göstəriblər. Onlar tutulublar.