Bakıda polisi necə öldürdülər?

bakida-polisi-nece-oldurduler
Oxunma sayı: 666

Məlumatda bildirilirdi ki, bu gün Sabunçu rayonu ərazisində “VAZ 2107” markalı avtomobil ərazidə xidmət aparan yol polisi serjantı Mehman Kərimovu vurub. Polis hadisə yerində ölüb.

Baş vermiş hadisənin detalları “Qafqazinfo”ya bəlli olub. Məlum olub ki, “VA-
2107” hadisədən qabaq yolun qadağan olunmuş hissəsinə çıxıb. Yol polisi ona maşını saxlamaq əmri verib. Bu zaman sürücü maşını polisin üstünə sürüb və həmin şəxs ölümdən yaxa qurtarıb. Sözügedən yol polisi qarşı posta xəbər verərək “VAZ-
2107”nin saxlamaq barədə xəbərdarlıq edib. Körpünün yaxınlığında yol polisləri həmin maşının qarşısını kəssələr də, sürücü avtomobili onların üstünə sürüb və polis çavuşunu vuraraq qaçıb.