Bakıda qanlı atışma

bakida-qanli-atisma
Oxunma sayı: 712

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qara rəngli “VAZ-2107” markalı avtomobilin sürüsücünə naməlum avtomobildə olan şəxslər tərəfindən odlu silahla atəş açılıb. Odlu silahdan atəşə məruz qalan gənc oğlan həlak olub.

Yasamal rayon Polis İdarəsindən ANSPRESS-ə faktı təsdiqlədilər. Hadisənin nə səbəbdən baş verməsi hələlik məlum deyil. Hadisə yerində hüquq mühafizə orqanları çalışır. Hadisə barədə ətraflı məlumat daha sonra veriləcək.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.