Bakıda qız 83 yaşlı anasını bıçaqladı

bakida-qiz-83-yasli-anasini-bicaqladi
Oxunma sayı: 700

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, Qaraçuxur qəsəbəsi, Komunal küçəsi, ev 3-də yaşayan 1970-ci il təvəllüdlü Məmmədova Lumina İmran qızı onunla bir yerdə yaşayan anası, 1931-ci il təvəllüdlü Çervon Məmmədovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

L. Məmmədova bildirib ki, anası ilə aralarında tez-tez mübahisə olub. Bu həyat tərzindən bezən qadın anasını qətlə yetirib.

O, həbs olunub və faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.