Bakıda qız müdirin maşınını qaçırdı

bakida-qiz-mudirin-masinini-qacirdi
Oxunma sayı: 665

Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Qala qəsəbəsində ferma sahibi olan 30 yaşlı Anar Əliyevin polisə müraciət edərək “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib. Aparılan axtarışlardan sonra avtomobili qaçıran şəxs tutulub. Məlum olub ki, A. Əliyevin maşının qaçıran şəxs onun öz işçisi 29 yaşlı Şəbnəm Quliyevadır.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə gətirilən Ş. Quliyeva maşının qaçırmasının səbəbini açıqlayıb: “Anar məni işlədib pulumu vermirdi. Ona görə də ondan heyfimi belə çıxdım”.