Bakıda quldurluq hadisəsi baş verdi

bakida-quldurluq-hadisesi-bas-verdi
Oxunma sayı: 744

Hadisə əvvəlcə Nizami rayonunda baş verən quldurluq cinayətindən sonra cərəyan etməyə başlayıb. Belə ki, 23 yaşlı Məmmədov Elvin Rasim oğlu ərizə ilə polisə müraciət edərək Babək prospekti 105 ünvanının qarşısında 4 nəfərin onun taksi kimi idarə etdiyi “Mercedes”ə mindiyini, həmin şəxslərin bıçaq və odlu silahla hədə-qorxu gələrək onu avtomobildən düşürərək avtomobili qaçırdığını bildirib.

Zərərçəkənin polisə verdiyi bu məlumatından sonra dərhal Məmmədova məxsus “Mercedes”in və quldurluq edən şəxslərin axtarışlarına başlanılıb. Zərərçəkənə məxsus avtomobil isə qəzaya düşmüş vəziyyətdə paytaxtın Binəqədi rayonu 8-ci mikrarayon Naxçıvani küçəsində aşkarlanıb.

Qeyd edək ki, avtomobili quldurluq yolu ilə ələ keçirən şəxslər maşının dövlət qeydiyyat nişanını dəyişdirdikdən sonra oğurluq avtomaşını Binəqədi ərazisində Elçin Qasımov və Şakir Novruzova məxsus dayanmış vəziyyətdə olan daha iki “Mercedes”ə çırparaq hadisə yerindən yayınıblar. Bu zaman əzilən avtomaşınların sahibləri qaçan şəxslərin dalınca getmək istəyəndə zaman cinayətkarlar üzərlərində olan odlu silahdan iki dəfə atəş açıblar.

Xoşbəxtlikdən açılan güllələrdən heç biri hədəfə dəyməyib. Hadisə barədə məlumat daxil olan kimi Bakı şəhər baş polis idarəsi, eləcə də Nizami və Binəqədi rayon polis idarələrinin əməkdaşları əraziyə cəlb edilib, hadisə şahidlərinin izahatları alınıb.

Əldə edilən ən son məlumatlara görə, quldurluq eləcə də, silahlı insidentdə şübhəli bilinən şəxsləri yaxalamaq hələlik mümkün olmayıb. Faktla bağlı Binəqədi və Nizami rayon polis idarələrində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

anspress