Bakıda reket jurnalist tutuldu

bakida-reket-jurnalist-tutuldu
Oxunma sayı: 684

Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 1-ci Zabrat qəsəbə sakini Müştaba Əliyev özünü “Azərbaycan İdeyası” qəzetinin əməkdaşı kimi təqdim edərək Mərdəkan qəsəbə sakini Kamil Şükürov barəsində qəzetlərdə rüsvayedici məqalələr dərc edəcəyi ilə ona hədə-qorxu gəlib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Müştaba Əliyev K.Şükürovdan 5000 dollar pul alarkən tutulub.