Bakıda sərnişin avtobusu yandı

bakida-sernisin-avtobusu-yandi
Oxunma sayı: 660

Bakının Sabunçu rayonunda sərnişin avtobusunda yanğın baş verib. Hadisə Sabunçu dairəsi yaxınlığında 62 saylı marşurutla hərəkət edən Amid Talıbovun idarə etdiyi “IVEKO” markalı avtobusda baş verib. Qeyd edək ki, yanğın zamanı avtobusda sərnişin olmayıb. Sabunçu rayon polis idarəsi 12-ci polis bölməsindən verilən məlumata görə, avtobusun sürücüsü Amid Talıbov nəqliyyat vasitəsi ilə bu gün xəttə çıxmalı imiş. Bu səbəbdən də sürücü bir gün əvvəl avtobusu qarajdan götürərək evinə gedirmiş. Yolda isə texniki problemlər səbəbindən nəqliyyat vasitəsi qəfildən alışmağa başlayıb. Hadisə yerinə çağrılmış yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı Sabunçu rayon polis idarəsində araşdırmalar davam etdirilir.

anspress