Bakıda “Son Zəng” - Fotolar

bakida-son-zeng-fotolar-
Oxunma sayı: 1591

“Qafqazinfo”nun məlumatına görə, rayonun 132-134 saylı təhsil komplekslərində bu il 83 şagird məzun olub ki, onlardan 3-ü qızıl medala namizəddir. Tədbirdə məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan kompleksin direktoru, əməkdar müəllim Sara Xanlarova məktəb kollektivinin qazandığı uğurlardan danışıb. Tədbirdə həmçinin Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsfərov da çıxış edib.

Bu il 64-cü buraxılışını edən 190 saylı orta məktbədə də son zəng tədbiri keçirilib. Məktəbin direktoru Afət Bakıxanova bu il məzun olan 93 şagirdi təbrik edib və onlara uğurlar arzulayıb. Tədbirdə Milli Məclisin deputatı Ziyad Səmədzadə də iştirak edib.

Səbail rayonunun 91 sayləı orta məktəbini isə bu il 88 şagird bitirir. Tədbirdə çıxış edən məktəbin direktoru Svetlana Zülfuqarova onlara uğurlar arzulayıb və sonra məktəbin nailiyyətlərindən danışıb.

Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə də “son zəng” qeyd olunub. Tədbiri açıq elan edən məktəbin direktoru Sədaqət Əzimova məzun olan 95 şagirdi təbrik edib, onlara uğurlar arzulayıb.

Səbail rayonunun 6, 7, 49, 50, 51, 160, 162, 189, 236 saylı məktəblərində də son zəng tədbirləri qeyd olunub. Ənənəvi olaraq orta məktəblərdə keçirilən son zəng tədbirlərində Səbail rayon İjra Hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul nümayəndələri, ictimaiyyətin nümayəndələri iştirak edib.

Fatimə Kərimli