Bakıda taksi manyakı peyda olub - “Mercedes” ovçusu

bakida-taksi-manyaki-peyda-olub-mercedes-ovcusu
Oxunma sayı: 921

“Qafqazinfo”nun məlumatına görə, paytaxtda taksi sürücülərini qətlə yetirən manyak gəzir. Manyakın hədəfi ancaq “Mercedes” markalı maşınlardır. Artıq o bir neçə ağır cinayətlər də törədib. Hələlik polisə məlum olan odur ki, 3 ədəd “Mercedes” maşın qaçırıb, onlardan 2-nin sürücüsü maşını əlindən alınaraq buraxılsa da, bir sürücünü öldürərək Abşeron rayonu ərazisinə atıb, maşını isə aparıblar.

Polis qabaqlayıcı tədbirlər, eyni zamanda həmin şəxsin tapılması üçün taksi sürücülərini də xəbərdar edib. Bakındakı taksi sürücülərini əksəriyyətinə manyakın fotorobotu hazırlanaraq paylanıb. Manyakın boyu yaşı 28-32, boyu 165-170 santimetrdir. Bədən quruluşlu idman tiplidir.