Bakıda tanınmış şirkətin rəhbəri soyuldu - Yenilənib

bakida-taninmis-sirketin-rehberi-soyuldu-yenilenib
Oxunma sayı: 680

Rayon Polis İdarəsindən Qafqazinfoya verilən məlumata görə, naməlum şəxslər şirkət rəhbərinin “Nissan-Maxima” markalı 10 DR 055 dövlət nömrə işanlı avtomobilindən 218 min dollar məbləğində pulu oğurlayıb. Hadisə barədə Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə şirkət rəhbərinin sürücüsü 59 yaşlı Sabir Abbas oğlu Sadıqov məlumat verib. O, şikayət ərizəsində göstərib ki, Həsən Əliyev 105 saylı binanın qarşısında avtomobildə içərisində 218 min dollar olan çanta oğurlanıb.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, noyabrın 25-də isə şirkət rəhbəri Musa Məmmədova məxsus "Toyota-Prado" markalı avtomobildən içərisində 10000 dollar, 1000 avro və 5000 manat pul olan çantanı oğurlanıb. Oğurluğu şirkət rəhbərinin sürücüsü Yaşar Mustafayev tərəfindən törədildiyi müəyyən edilib.

***

Onu da əlavə edək ki, "AZEL" Azərbaycan Elektroniks" şirkəti artıq ikinci dəfədir cinayətkar hücumuna məruz qalır. Naməlum şəxslər 11 may 2007-ci il tarixdə Füzuli küçəsində yerləşən "AZEL" Azərbaycan Elektroniks şirkətinə daxil olaraq orada mühafizəçi işləyən İslam Mahmudova hədə qorxu gəlməklə, onun əl-qolunu kəndirlə bağlayaraq mühasibat otağından kiçik seyfi götürərək hadisə yerindən qaçıblar.
Quldurluq etmiş şəxslərdən əvvəllər məhkum olunmuş peşəkar idmançı Müseyib Cəfərov, Xəqani Əhədov və Çingiz Mehrəliyev olduğu məlum olub. Onlar tutularaq məhkum olunublar. Dəstənin üzvü M.Cəfərov bir müddət sonra xəstəliyi ilə əlaqədar həbsdən azad olunsa da, bu il daha ağır cinayət törədib.

Cüdo üzrə dəfələrlə Azərbaycan çempionu, Avropa üçüncüsü və beynəlxalq turnirlərin qalibi olan M. Cəfərov bu il sentyabrın 9-da Taleh Məmmədovu odlu silahla qətlə yetirib. Onu hələlik tutmaq mümkün olmayıb. Peşəkar idmançı hazırda axtarışdadır.