Bakıda təhlükəli vəziyyət yarandı - Diqqət

bakida-tehlukeli-veziyyet-yarandi-diqqet
Oxunma sayı: 648

Bunu Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

O bildirib ki, şaxtalı hava şəraiti ilə əlaqədar Bakının əksər küçə və prospektləri buz bağladığı üçün nəqliyyatın hərəkətində əlverişsiz və təhlükəli şərait yaranıb.

Xüsusən, Yasamal rayonu ərazisində, İnşaatçılar prospekti, Bakıxanov körpüsü, Mirəli Qaşqay, Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Bakıxanov küçələrində təhlükəli vəziyyət yaranıb. Bu ərazilərdə yollar buz bağladığından nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Əsədov bildirib ki, İdarəyə avtovağzal ətrafında bir neçə avtomobilin toqquşması ilə nəticələn qəza haqqında məlumat daxil edilib və hazırda araşdırılır.

İdarə sürücülərdən şaxtalı hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi tövsiyə edir.