Bakıda tıxac gecəsi - Video

bakida-tixac-gecesi-video
Oxunma sayı: 640

Axşama doğru paytaxtın müxtəlif istiqamətlərindən saatlarla davam edən hərəkətsiz tıxac xəbərləri gəlməyə başlayıb. ANS-in əməkdaşları bu istiqamətlərdən biri - Dərnəgül yolunda apardığı müşahidələr ürəkaçan nəticələr verməyib. Məlum olub ki, saat 21.00 radələrində bu yolda hərəkətsiz tıxac yaşanırdı. Hərəkətsiz dayanan nəqliyyat vasitələri sürücülərinin sözlərinə görə, artıq 1 saatdan çoxdur tıxacda ilişib qalıblar. Acı bağırsaq kimi uzanan tıxacda nəqliyyat vasitələrinin sıxlığını aradan qaldıracaq polis əməkdaşları da gözə dəymirdi.