Bakıda Yaşıl Noxud Günü – Fotosessiya

bakida-yasil-noxud-gunu-fotosessiya-
Oxunma sayı: 902

“Qafqazinfo”nun məlumatına görə, aksiyada yaşıl şarlar və məlumatlandırıcı lifletlər insanlara hədiyyə olunub.

Bu açıq hava aksiyası iyul ayının əvvəlindən bütün media kanallarından (AHR, metro, TV band, internet, press) istifadə edilərək yaşıl noxudların yığımı haqda mesajı çatdırmağın davamı idi. Bu ATL və BTL aksiyaları ilə yanaşı 15-17 iyul tarixlərində 10 supermarket və Park Bulvardakı “Bizim Tarla” stendində bu ilin istehsalı olan yaşıl noxudların daddırılması keçirilib.

Qeyd edək ki, “Azersun Holding” yaşıl noxud əkiminə 2007-ci ilin dekabr ayından başlayıb və hər il mərhələli əkin işləri həyata keçirib. İstehsalda istifadə edilən bütün avadanlıqlar da ən son texnoloji nailiyyətlərdən hesab edilir. Məhsulun istehsal olunduğu zavodun ərazisi 3600 m² sahəni əhatə edir. 2010 ildən etibarən yaşıl noxud əkin sahələri 2 dəfədən çox genişlənib. “Natural Green Land” konserv zavodunda istehsal prosesində 3 növbədən ibarət olmaqla 130 nəfər işçi çalışır və günə 70 ton yaşıl noxud istehsal olunur. Hal hazırda “Bizim Tarla” yaşıl noxud məhsulları həm daxili bazarda, həm də xarici ölkələrdə satılmaqdadır.

“Natural Green Land” fabriki Biləsuvar rayonunda cari il mövsümündə “Saville”, “Bizim Tarla”, “Bostan” markaları altında 2000 ton yaşıl noxud məhsulları istehsalı nəzərdə tutub.

Məlumat üçün deyək ki, konservləşdirilmiş yaşıl noxud olduqca xeyirli məhsuldur. O, yüngül və sadə məzə olmaqla yanaşı, müstəqil qarnir kimi şorbalar və salatlar üçün əlavədir. Ən vacib müalicəvi faktorlardan biri də yaşıl noxudda PP vitamininin və nikotin turşusunun olmasıdır. Əgər orqanizmdə onlar çatışmırsa, onda insan tez yorulur, zəiflik hiss edir və yuxusuzluqdan əziyyət çəkir. Noxud həm də anemiya (onda olan dəmir “çalışır”) və şəkərli diabetdə kömək edir. Hətta noxudun şişlərə qarşı effektiv olması haqda tədqiqatlar var. Noxud, qan azlığı, öd kisəsi və qaraciyər xəstəliklərində xeyirlidir.

Nigar Məmmədli