Bakıda yeni yol kompleksinin açılışı oldu

bakida-yeni-yol-kompleksinin-acilisi-oldu
Oxunma sayı: 673

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyev kompleksin açılışını bildirən rəmzi lenti kəsib.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına yol qovşağının tikintisi və texniki göstəriciləri barədə ətraflı məlumat verib. Bildirilib ki, “Azəryolservis” ASC-nin sifarişi ilə “Azərkörpü” ASC tərəfindən inşa olunmuş bu yol qovşağının tikintisinə 2006-ci il aprelin 11-də başlanılıb. Layihəyə əsasən üç kompleksdən ibarət olan bu qurğunun ümumi uzunluğu 3 min 145 metrdir. Qurğu doqquz körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir.

AzərTAc