Bakıda “Yer ver” şüarı ilə aksiya olacaq

bakida-yer-ver-suari-ile-aksiya-olacaq
Oxunma sayı: 771

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumatına görə, müraciət partiyanın keçirilməsi planlaşdırılan II Qurultayı ilə əlaqədardır. Müraciətdə deyilir ki, partiya iyunun 24-də qurultayın keçirilməsi üçün müvafiq yerlərin ayrılması barədə mayın 11-də Bakı Şəhər İcra hakimiyyətinə müraciət edib. Müraciətdə Qurultayın keçirilmədi üçün təklif olunan yer Mədəniyyət və Turizm Nazirliyinin balansında olduğundan Bakı Şəhər İcra Hakimiyyəti partiyanın müvafiq quruma müraciət etməli olduğunu bildirib. KXCP mayın 23-də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də buna cavab verilməməsini süni və bürokratik maneə kimi qiymətləndirir. Partiyanın Ali Məclisinin 05 iyun sessiyasının qərarına uyğun olaraq, iyunun 14-də saat 15.00-dan 15.30-dək etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin qarşısında davamlı piket keçirəcək.

Fatimə Kərimli