Bakıda yüklə dolu “Kamaz” aşdı - Foto

bakida-yukle-dolu-kamaz-asdi-foto
Oxunma sayı: 663

Milli.Az xəbər portalının məlumatına görə, bu gün saat 14:00 radələrində Balaxanı yolunda içərisi qumla dolu olan "KamAZ" markalı yük maşını aşıb. Ətrafa dağılan qum yolda avtomobillərin hərəkətini çətinləşdirib.

Sabunçu rayon Polis İdarəsindən Milli.Az xəbər portalına bildirildi ki, qəza zamanı yük maşınının sürücüsü yüngül xəsarət alıb. İşi Sabunçu rayon Yol Polis Şöbəsi araşdırır.