Bakıda yüz min dollarlıq qızıl oğruları tutulub

bakida-yuz-min-dollarliq-qizil-ogrulari-tutulub
Oxunma sayı: 651

“Qafqazinfo” həmin xəbərləri təqdim edir:

Noyabrın 5-i saat 08:10 radələrində Zığ - Hövsan yolunda Vahid Niftəliyevin idarə etdiyi «Hyundai», Sabir Şəfiyevin və Malik Qarayevin idarə etdikləri «VAZ-2107» markalı avtomobillər toqquşub. Nəticədə, S.Şəfiyev yardım alaraq evə buraxılıb, sərnişini Feyzulla Əhədov isə hadisə yerində ölüb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Məşədi Bağırov tutulub.

Noyabrın 4-də M.Hadi küçəsində yaşayan Minəxanım Eminovanın mənzilindən açarseçmə yolu ilə 100 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəhla Ağayeva və Xuraman Babayeva noyabrın 5-də tutulublar.

Oktyabrın 4-nə keçən gecə Q.Qarayev prospektində yaşayan Ərəstun Həsənova məxsus «VAZ-2106» markalı avtomobil qaçırılıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçıran, Bakı şəhər sakini Rasim Əhmədov noyabrın 5-də tutulub.

Oktyabrın 11-də Mərdəkan qəsəbə sakinləri Hüseyn Cabbarov, Elnur Səfərov, Fuad Məlikzadə və Kamran Şirəliyev Q.İlkin küçəsində yaşayan Elgiz Yusifoğlunun evindən elektrik kabellərini kəsib oğurladıqları üçün noyabrın 4-də Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.

Noyabrın 4-də Bakı şəhər sakini Anar Rəhimov Binə qəsəbəsində yerləşən, Həşim Həşimova məxsus mağazadan tikinti materialları oğurladığı üçün Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən tutulublar.

Noyabrın 5-i saat 02 radələrində Mərdəkan qəsəbəsində Bakı şəhər sakini İlham Həsənov idarə etdiyi «Nissan» markalı avtomobili idarəetməni itirməsi nəticəsində dirəyə vurub və hadisə yerində ölüb. Sərnişini Zinət İsmayılova isə 3 saylı xəstəxanaya yerləşdirilib.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İslam Haqverdiyev tutulub.

Mayın 29-na keçən gecə Cavadxan küçəsində Telman Məmişova məxsus «VAZ-2107» markalı avtomobil qaçırılıb. Aparılan axtarışlar nəticəsində qaçırılmış avtomobil oktyabrın 9-da Göyçay rayonu ərazisində saz vəziyyətdə tapılıb. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Hüseynov noyabrın 3-də tutulub.