Bakıda zəncirvari qəza: 20-dək maşın toqquşdu

bakida-zencirvari-qeza-20-dek-masin-toqqusdu
Oxunma sayı: 659

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Yasamal rayonu ərazisində Xarici Dairəvi Yolda qeydə alınıb. Qəza zamanı 20-yə yaxın avtomobil bir-birinə dəyib. Nəticədə xəsarət alan olmasa da, bir neçə avtomobilə ciddi ziyan dəyib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəyə yolun buz bağlaması səbəb olub. Nəticədə 5-6 maşına ziyan dəyib.