Bakıdada marşrut avtobusu aşdı: yaralılar var

bakidada-marsrut-avtobusu-asdi-yaralilar-var
Oxunma sayı: 658

Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 12.30 radələrində Aeroport yolunda qeydə alınıb. Yeni Suraxanı istiqamətində hərəkət edən marşrut avtobusu minik maşını ilə toqquşaraq aşıb. Nəticədə 10-a yaxın sərnişin xəsarət alıb. Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, qəza baş verən ünvana 3 həkim briqadası göndərilib. Qəza nəticəsində yaralanan 5 nəfər xəstəxanaya aparılıb. Digər yaralılara isə yerində yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.