Bakıdakı “Porsche” olayı ilə bağlı daha bir - Şok

bakidaki-porsche-olayi-ile-bagli-daha-bir-sok
Oxunma sayı: 1159

Bakıda qəzaya düşən “Porsche” ilə bağlı şok məlumatlar əldə etmişik. Hüquq mühafizə orqanlarından “Qafqazinfo”ya daxil olan məlumata görə, dünən səhər saatlarında paytaxt ərazisində baş vermiş iki ciddi hadisənin bir-biri ilə bağlılığı olub.
Dünən baş vermiş dəhşətli yol qəzasından əvvəl Bakının Nəsimi rayonu ərazisində silahlı insident olub. Martın 16-da saat 04 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının yaxınlığında 29 yaşlı Ramal Bayramov güllələnib. Naməlum şəxs ona 4 güllə atıb. Güllələrdən yalnız ikisi onun sağrı və bud nahiyəsindən yaralayıb. Məlumata görə, tərəflər arasındakı münaqişə “İnfiniti” barında baş verib. Sonra söhbəti bardan çıxaraq kənarda davam etdiriblər və silah işə düşüb.

Həmin güllələnmədən təxminən yarım saat sonra Firudin Arzu oğlu İsmayılovun idarə etdiyi “Porsche” Babək prospektində qəzaya düşərək alışıb. Sürücü və maşında olan Rəşad İbrahimov yanaraq kül olublar.

Qəza zamanı “Porsche”nin saatda 260 kilometr sürətlə yük maşınına çırpılıb. Maşında olanların sürətlə getməsi də məhz həmin güllələnmə yerinə tələsməsi olub. Nəticədə hadisə baş verib.

Onu da əlavə edək ki, güllənmiş Ramal Bayramovun yüksək vəzifəli şəxslərdən birinin mühafizəçisi olduğu bildirilir.