Bakıdakı qəzadan dəhşətli görüntü - Video

bakidaki-qezadan-dehsetli-goruntu-video-
Oxunma sayı: 661

Avtobusun yük maşınının arxa hissəsinə çırpılması nəticəsində avtobusda olan sərnişinlər xəsarət alıb. Yaralılara hadisə yerində təcili tibbi yardım göstərilib.

Ağır yaralılar isə təcili tibbi yardım avtomaşınları ilə xəstəxanalara aparılıb. Yaralılar arasında qəzaya səbəb olan avtobusun sürücüsü də var idi.

Təcili və təxirəsalınmaz tibbi yardim stansiyasının baş həkimi Mürsəl Həmidovdan aldığımız məlumata görə, qəza nəticəsində avtobusda xəsarət alan 12 nəfər xəstəxanalara yerləşdirilib. Müayinələr zamanı onlardan neçəsinin vəziyyətinin ağır və ya yüngül olduğu müəyyənləşəcək.

Yaralılar və avtobusda olan sərnişinlər qəzaya nəqliyyat vasitəsinin əyləc sisitemində baş verən nasazlıq səbəb olduğunu bildirdilər.

“Şəhərdən gələndən o maşın nasaz idi. Ora çatanda arxadan gəldi vurdu. Çox adam dedi ki saxla. Dedi ki, yox çatdıracam”, deyə xəsarət alan Röyal İbrahimov bildirib.

“Avtobusun texniki sistemi işləmirdi. Yalandan deyirlər ki, maşını yoxlayıb buraxıblar. Camaat qışqırırdı ki, yavaş sür. Maşın adam ilə dolu idi”, - deyə hadisə şahidi Vidadi Səfiyev bildirib

Hadisə yerində olan 194 saylı marşrut xəttinin özünü təqdim etmək istəməyən nümayəndəsi isə qəzanın avtobusun nasazlığı ucbatından baş vermə faktını inkar etdi.

Qəzanın kimin günahı ucbatından baş verdiyi isə Qaradağ Rayon Polis İdarəsində başlanan araşdırmalardan sonra məlum olacaq. /ANS/