“Bakıelektrikşəbəkə”yə qarşı rüşvət ittihamı

bakielektriksebekeye-qarsi-rusvet-ittihami
Oxunma sayı: 674

Qəsəbənin digər sakinlərinin də eyni vəziyyətlə qarşılaşdıqlarını deyən qəsəbə sakini heç bir borcunun qalmadığını, sayğacın, ödəniş qəbzinin olduğunu, aktlaşdırma aparıldığını bildirsə də 600 manat borc yazıldığını deyib.

Məsələ ilə bağlı Prezident aparatına, aidiyyatı qurumlara müraciət etdiyini bildirən qəsəbə sakini ona 94 manat verəcəyi halda 600 manatlıq borcunun silinəcəyini deyiblər. F.Kərimbəylinin sözlərinə görə, Sabunçu rayonundan özünü Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun bacısı qızı kimi təqdim edən Sevil adlı qadının bu cür hərəkətləri əhalidə dövlətə qarşı mənfi fikir yaradır.

Məsələ ilə bağlı “Bakıelektrikşəbəkə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu ittihamların həqiqətə uyğun olmadığını, şikayət varsa aidiyayatı qurumlara müraciət olunmasının vacibliyini deyib.

Səidə