Bakının bağlı yolları açıldı – Şad xəbər

bakinin-bagli-yollari-acildi-sad-xeber
Oxunma sayı: 654

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “Qafqazinfo”ya verilən məlumata görə, Neftçilər prospektinin Puşkin küçəsi kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinə qədər (Dəniz limanının qarşısı) təmir işlərinin aparılması ilə əlaqədar təmamilə bağlanılan hissəsi istifadəyə verilib. Bundan başqa bir müddət öncə bağlanmış K.Səfərəliyeva, Rixard Zorge və A. Cəlilov küçələri açılıb, Ü.Hacıbəyov küçələrində və Z. Əliyeva prospektində bir istiqamətli hərəkət bərpa edilib.

NİİM paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar olaraq sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyyə edir.