Bakının beşulduzlu hotelində kütləvi dava

bakinin-besulduzlu-hotelinde-kutlevi-dava
Oxunma sayı: 641

Hadisə şahidlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, dava iyunun 9-da açıq havada keçirilən konsertdə baş verib. Davada təxminən 30-dan artıq adam iştirak edib. Dava qızışdığından qonaqların bəzisi konserti yarımçıq tərk edib. Davada xeyli adam xəsarət alıb.

Hadisə ilə polis əməkdaşları içəri buraxılmayıb. Konsertdə xüsusi mühafizə şirkətinin əməkdaşları xidmət apardığından təşkilatçılar davanın gizlədilməsinə nail olmağa çalışıblar.