Bakının “Eurovision” küçələri

bakinin-eurovision-kuceleri
Oxunma sayı: 675

Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlovun “Qafqazinfo”ya verdiyi məlumata görə, hazırda Yusif Vəzir Çəmənzəminli küçəsində (Səməd Vurğun küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməyədək), Şəmsi Rəhimov, Rixard Zorge, Zərifə Əliyeva, Xaqani, Süleyman Rəhimov, Nizami, 28 May, Səfərəliyev, Zeynal Abdiyev, Teymur Əliyev, Əhməd Rəcəbli küçələrində (Ziya Bünyadov prospekti ilə kəsişmədən Y.V.Çəmənzəminli küçəsi ilə kəsişməyədək) və başqalarında təmir işləri başa çatıb.

Nizami küçəsindən Yusif Səfərov küçəsinədək uzunluğu 550, eni 9 metr olan yeni yol salınıb. Habelə bu yolla Üzeyir Hacıbəyov küçəsinə keçid imkanı yaradılıb. Bunun üçün 350 metr uzunluğa və 9 metr enə malik yol salınıb.

Bakının bəzi küçələrində təmir işləri davam edir. O cümlədən yolların asfalt örtüyü, səkilər, lyuklar dəyişdirilir. Bakı qəsəbələrində də yolların təmiri davam edir.

"Azəryolservis"in hazırladığı plana uyğun olaraq, “Eurovision-2012” mahnı müsabiqəsi başlayana qədər görülən bütün işlər yaxın vaxtlarda başa çatacaq.