Bakının kriminal bazar günü

bakinin-kriminal-bazar-gunu
Oxunma sayı: 665

Sentyabrın 22-də Sulutəpə qəsəbəsi yeni yaşayış massivində Şirvan şəhər sakini Kamal Əhmədov həmin ünvanda yaşayan Amid Babayevi yumruqla vuraraq cibindən 39 manat və mobil telefonunu götürüb qaçıb. Binəqədi RPİ CAŞ və 40-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində K.Əhmədov sentyabrın 23-də tutulub və ondan 0,235 qram heroin aşkar edilib.

Sentyabrın 24-ü saat 00:40 radələrində Maştağa - Zabrat şossesində Bakı şəhər sakini Saleh Muxtarov idarə etdiyi «QAZ-31» markalı avtomobillə Faiq Hüseynovu vurub. F.Hüseynov xəstəxanada daxil olduqdan sonra orada ölüb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmuqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə axtarışda olan Tacir Əhmədov sentyabrın 23-də yaxalanıb.

Sentyabrın 16-da Badamdar qəsəbəsinda yaşayan Züleyxa Eyvazovanın evindən eyvandan keçmə yolu ilə içərisində 3000 manat və qızıl-zinət əşyalır olan seyf oğurlanıb. Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Cavidan Hacıyev və Rahim Heydərov sentyabrın 23-də tutulublar.

İyulun 20-nə keçən gecə Bakı-1 küçəsində yaşayan Rəsmiyyə Abbasovanın evindən açıq qapıdan daxil olma yolu ilə 930 manat oğurlanıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Goranboy rayon sakini Namiq Rüstəmov sentyabrın 23-də tutulub.

İyulun 3-ü saat 02:30 radələrində Maştağa qəsəbə sakini, ruhi xəstə Hicran Quliyeva evdən çıxıb və geri qayıtmayıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlaranın səyi nəticəsində itkin düşmüş H.Quliyeva sentyabrın 23-də tapılaraq yaxınlarına təhvil verilib.

Sentyabrın 13-ü 2011-ci il tarixdə Bakı şəhər sakini, ruhi xəstə Rübabə Dadaşova Maştağa qəsəbəsi Axund Şeyx Hüseyn küçəsindən itkin düşüb. Sabunçu RPİ 14-cü PB əməkdaşlaranın səyi nəticəsində itkin düşmüş R.Dadaşova sentyabrın 22-də tapılaraq yaxınlarına təhvil verilib.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara RPŞ tərəfindən AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Xalmirə Əzizova sentyabrın 22-də yaxalanıb.