Bakının kriminal gündəliyi

bakinin-kriminal-gundeliyi
Oxunma sayı: 664

İyunun 10-da Bakı şəhər sakini Anar Həşimzadəyə məxsus A.İldırım küçəsində yerləşən mağazadan diqqəti yayındırma yolu ilə 2 ədəd mobil telefon, 1 ədəd saç feni və kosmetik əşyalar oğurladığı üçün Bakı şəhər sakini Ülviyyə Süleymanova iyulun 11-də Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən tutulub.

İyulun 11-nə keçən gecə Z.Şərifov küçəsində yaşayan Anar Hüseynova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmış və saat 21 radələrində əzilmiş vəziyyətdə R.Məmmədov küçəsində tapılıb. Suraxanı RPİ 32-ci PB və Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakini Tural Qasımov yaxalanıb.

Nərimanov RPİ CAŞ, 16 və 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Balaməmməd Məmmədli iyulun 11-də tutulub. Məlum olub ki, o, iyulun 10-na keçən gecə Bakı şəhər sakini Azad Məmmədova məxsus H.Əliyev küçəsində yerləşən mağazadan qıfılı sındırma yolu ilə noutbuk, mobil telefon və elə həmin gün Bakı şəhər sakini Şamil Hümbətova məxsus F.Xoyski küçəsində yerləşən kafedən qapını sındırma yolu ilə noutbuk oğurlayıb.

Nəsimi RPİ CAŞ və 21-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Tural Əhmədov iyulun 11-də tutulub.
Yasamal RPİ CAŞ, NMB, PPXB və 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hafiz Abbasovdan 52 qramdan artıq, yaşadığı mənzildən 520 qram tiryək və onunla eyni ünvanda yaşayan qardaşı Tərlandan 0,507 qram heroin aşkar edilib.