Bakının kriminal günü

bakinin-kriminal-gunu
Oxunma sayı: 750

İyulun 13-də Yeni Yasamalda yaşayan Şamil Təhməzov mübahisə zəminində orada yaşayan İqor Xolirin qarın nahiyəsindən bıçaq xəsarəti yetirdiyinə görə Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən tutulub.

İyulun 13-də Bakı şəhər sakinləri Amil Əliyev, Zərinə Yarəhmədova və Şəki şəhər sakini Zərbəli Nəsibov M.Mustafayev küçəsində yaşayan Etibar İsayevə məxsus həmin ünvanda yerləşən mağazadan qapının dəmir barmaqlıqlarını sındırma yolu ilə oğurluğa cəhd edərkən Suraxanı RPİ PPXB əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 31-ci PB-yə təhvil veriliblər.

İyulun 13-ü saat 23:40 radələrində Bakı-Qazax yolunun 28-ci km-də Bakı şəhər sakini Zaur Qurbanovun idarə etdiyi “Opel” markalı avtomobil idarəetməni itirməsi nəticəsində aşmış, nəticədə o hadisə yerində ölüb. Sərnişini Yaradımlı rayon sakini Emin Abdullayev MKX-ya yerləşdirilib.

İyulun 13-ü saat 15:30 radələrində M.Sübhi küçəsində Bakı şəhər sakinləri Telman Rzayev idarə etdiyi “Toyota” markalı avtomobillə Hacıağa Həsənzadəni vurub və o, hadisə yerində ölüb.

DİN BCAİ, Bakı şəhər BPİ CAİ, Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlırının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Əfəsliyar Ağamirzəyevi qətlə yetirən digər iştarakçı Binnət İmaməliyev iyulun 13-də yaxalanıb.

İyulun 10-da R.Rüstəmov küçəsində kirayədə yaşayan Əfsanə Məmmədova çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Bakı şəhər BPİ CAİ, Nizami RPİ CAŞ və 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Ramil Məmmədov iyulun 13-də tutulub.

İyulun 4-də Ə.Əlizadə küçəsində yaşayan Zemfira Rüstəmovanın evindən açıq qapıdan keçmə yolu ilə içərisində 140 manat, qızıl-zinət əşyaları və sənədlər olan çanta oğurlanmışdır. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini İbrahim Abdullayev iyulun 13-də yaxalanıb.