Bakının mərkəzində avtomobil yolu bağlandı

bakinin-merkezinde-avtomobil-yolu-baglandi
Oxunma sayı: 641

Milli.Az xəbər portalının məlumatına görə, Ceyhun Hacıbəyli küçəsində avtomobillərin hərəkəti dayandırılıb. Ərazidə ağır texnika işləyir.

Məsələ ilə bağlı “Azəryolservis” ASC-dən Milli.Az xəbər portalına bildirildi ki, həmin küçədə səki daşları dəyişdirilir və yola asfalt təbəqə döşənir. Bu səbəbdən yol müvəqqəti olaraq bağlanıb. Yaxın günlərdə yolda avtomobillərin hərəkəti bərpa ediləcək.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, Ceyhun Hacıbəyli küçəsinin bağlanması həmin əraziyə yaxın küçələrdə avtomobillərin hərəkətini nisbətən çətinləşdirib. "Alternativ yollara yönəldilən nəqliyyat vasitələri digər küçələrdə sıxlıq yaradıb. Bununla yanaşı, ərazidə yol polis əməkdaşları xidmət aparır və hər hansı problemin yaranmasının qarşısını alır" - V.Əsədov əlavə etdi.