Bakının mərkəzində gənc qətlə yetirildi

bakinin-merkezinde-genc-qetle-yetirildi
Oxunma sayı: 674

Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, noyabrın 30-da 19 yaşlı Şabran rayon sakini Mərhəmət Məcidov naməlum şəxs tərəfindən qətlə yetirilib.

Mərhum T.Əliyarbəyov küçəsi 7 saylı binanın yaxınlığında söküntü aparılan ərazidə ürəyindən bıçaqla vurularaq öldürülüb. Hazırda qətlin motivi və cinayətkar məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.