Bakıya yenə qar yağacaq

bakiya-yene-qar-yagacaq
Oxunma sayı: 676

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “Qafqazinfo”ya verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 2-5 dərəcə isti olacaq.

Yanvarın 25-də günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağıntılı olacağı, axşama doğru qar yağacağı proqnozlaşdırılır. Cənub-qərb küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-2 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 24-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta təşkil edəcək.

Yanvarın 25-də bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 1-6 dərəcə şaxta gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 24-dən 26-dək Abşeron yarımadasında soyuq və rütubətli diskomfort şəraitə baxmayaraq, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Nigar Məmmədli