Balaca Heydər Əliyev “ilk topu”nu vurdu

balaca-heyder-eliyev-ilk-topunu-vurdu-
Oxunma sayı: 2455

Prezident İlham Əliyevə məlumat verilib ki, paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulub. Sonra dünya və Azərbaycan futbol tarixindən bəhs edən film nümayiş olunub. Azərbaycan prezidenti İlham Əliyev, UEFA prezidenti Mişel Platini və FİFA-nın prezidenti Yozef Blatter mərasimdə nitq söyləyiblər. Daha sonra stadionun təməlqoyma mərasimi olub. Dövlət başçısı metal gilizi rəmzi topun içərisinə qoyub. Prezidentin oğlu Heydər Əliyev topu rəmzi qapıya vuraraq bünövrəyə salıb. Dövlət başçısı beton qarışığı tökən qurğunu işə salıb. Prezident İlham Əliyev, FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini xatirə topunu imzalayıblar.

Nərgiz Ehlamqızı