Balıq dadı verən quzu yetişdirildi

baliq-dadi-veren-quzu-yetisdirildi
Oxunma sayı: 649

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, genetikası dəyişdirilmiş heyvanlar hər gün artarkən Çinin Uyğur bölgəsində laboratoriya şəraitində balıq dadı verən quzu yetişdirilib.

Genetikası dəyişdirilmiş quzunun normal halda ürək ağrılarına yol açan və xolesterolu atıran yağı, alimlərə görə, “yaxşı yağ”a çevirilib. Balıq yağı hüceyrələri ilə zənginləşdirlən quzunun əti də balıq dadı verir.

Danimarkada aparılan araşdırılmalarda isə ötən aylarda tamimilə sintetik ət hazırlanıb. Elm adamları bu texnologiya sayəsində yaxın zamanlarda heyvan kəsilmədən istənilən ləzzətdə ət istehsal edilə biləcəyini söyləyib.