Balotelli vurduğu qolları həsr etdiyi qadını açıqladı - Foto

balotelli-vurdugu-qollari-hesr-etdiyi-qadini-aciqladi-foto
Oxunma sayı: 653

Qol.Az xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlama verən futbolçu bildirib: “Almaniyayla oyunda əvəzləndikdən sonra tribunada oturan anama yaxınlaşaraq dedim: “Bu qolları sənə həsr edirəm”. Mənim anam artıq cavan deyil. Ona bu yarışa gəlib mənim matçımı izləmək asan deyildi. Amma o bunu etdi. Mən onu sevindirmək üçün bu məqamı çoxdan gözləyirdim. Atam isə Kiyevdəki final oyununa gələcək”.

Balotelli daha sonra əlavə edib: “Doğmalarımın, yaxınlarımın və dostlarımın bu oyuna gəlməsi mənə əlavə güc verdi. Çalışacağam ki, “Avro-2012”nin ən yaxşı bombardiri olum. Futbolda məqsədə doğru bəzən addımbaaddım irəliləyirsən, amma bəzən buna nail olmursan. Bəzən isə istədiyini elə ilk anda əldə edirsən. Mən öz qollarımı gözəl ötürmələrdən sonra vurdum. Kassanonun ötürməsi sadəcə fantastika idi, Montolivonun ötürməsi də həmçinin”.

Balotelli hər iki qolu vurmasını qeyd edəcəyini söyləyib: “Çünki bu qollar çox vacib idi və bizə kömək etdi”.

Balotelli ikinci hissədə yüngül zədə aldığını da vurğulayıb: “Amma bu zaman məşqçiyə dedim ki, hələ daha beş dəqiqə oynamağa hazıram. Bu müddətdə isə o, yeni əvəzetmə hazırladı”.

Balotelli bu çempionatdan sonra İtaliya A seriyasında oynamağı düşünmədiyini vurğulayıb: “Mançester Siti”nin fanatları, ingilisləri “Avro-2012”də məğlub etməyimizə baxmayaraq, məni çox sevirlər”.

Balotelli qeyd edib ki, dünənki gün onun həyatında ən möcuzəli gün olub: “Amma inanıram ki, bu bazar günü daha yaxşı bir gün olacaq. Əlbəttə, İspaniyanı məğlub edəcəyimizə inanıram. Biz bütün gücümüzü ortaya qoyacağıq. İndi isə bizə birinci növbədə dincəlmək, sonra oynamaq lazımdır. Unutmayın ki, biz İspaniyaya bu turnirdə qol vuran yeganə komandayıq. Sübut etdik ki, ispanlardan zəif deyilik. Ona görə də çempionluq uğrunda mübarizə aparacağıq”.