Bankların manat üzrə məcburi ehtiyat norması yüksəldi

banklarin-manat-uzre-mecburi-ehtiyat-normasi-yukseldi-
Oxunma sayı: 673

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, bu pul siyasəti istiqamətlərinə uyğun olaraq makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına yönəlmiş fəaliyyətin davamıdır.
Belə ki, qlobal iqtisadi mühitin qeyri-müəyyənliyi şəraitində milli iqtisadiyyat öz inkişafını davam etdirir və onun xarici mövqeyi əlverişlidir. Bank sektoru yüksək maliyyə dayanıqlığı nümayiş etdirir və kifayət qədər likvidliyə malikdir. Valyuta ehtiyatlarının davamlı artması və bank sisteminin yüksək likvidliyi şəraitində pul kütləsinin həcminin makroiqtisadi və maliyyə sabitliyinə adekvat olan səviyyədə idarə olunması mühüm vəzifə olaraq qalır.


Nigar Məmmədli