Bankomatdan 54 min manat oğurlandı - Kriminal xəbərlər

bankomatdan-54-min-manat-ogurlandi-kriminal-xeberler
Oxunma sayı: 706

Dekabrın 10-da Mərdəkan - Buzovna yolunda yerləşən «Mərdəkan Broyler» MMC-nin həyətindən 16 min metr elektrik naqili oğurlanmışdır. Xəzər RPİ 1-ci və 2-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Taleh Soltanov və Məlik Məlikov yaxalanmışlar.

Dekabrın 9-da Bülbül prospektində yerləşən «Dəmir Bank»a məxsus bankomatdan 54075 manat və 18100 ABŞ dolları naməlum şəraitdə oğurlanmışdır. DİN BMCMİ, Bakı şəhər BPİ CAİ, Nəsimi RPİ CAŞ və 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Məmməd Məmmədov dekabrın 10-da yaxalanmışdır.

Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 29, 120.1-ci və 228-ci maddələrilə axtarışda olan Adil Rzayev dekabrın 10-da yaxalanmışdır.

2011-ci ilin iyun ayında Sahil qəsəbə sakinləri Nizami Novruzovdan 500, Seymur Salahovdan 800 manat alaraq mənimsəyən Vüsal Həsənov Qaradağ RPİ 38-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dekabrın 10-da yaxalanmışdır.

Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Nicat Cavayev və Rasim Eyubov dekabrın 10-da yaxalanmışlar. Məlum olmuşdur ki, onlar noyabrın 4-də Q.Qarayev prospektində yerləşən gözəllik salonunda, orada usta işləyən Mətanət Hüseynovanın mobil telefonunu, dekabrın 3-də isə Nüşabə İsmayılovaya məxsus Nəsimi küçəsində yerləşən mağazadan asar seçmə yolu ilə siqaretlər və 54 ədəd danışıq kartı oğurlamışlar.

Noyabrın 24-də S.Rüstəmov küçəsində yaşayan Könül Kərimovanın evindən açıq qapıdan daxil olma yolu ilə 2200 manat və qızıl-zinət əşyaları oğurlanmışdır. Yasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Esmira Cumayeva dekabrın 10-da yaxalanmışdır.

Dekabrın 10-u saat 15 radələrində Zığ yolunda Murad İsgəndərli idarə etdiyi «Kia» maralı avtomobili idarəetməni itirməsi nəticəsində aşırmışdır. Nəticədə özü 3 saylı xəstəxanaya daxil olmuş, sərinişini Günay Hacıyeva isə hadisə yerində ölmüşdür.