“Barcelona” “Real”ı kuboka həsrət qoydu

barcelona-reali-kuboka-hesret-qoydu
Oxunma sayı: 681

Azerisport.az xəbər verir ki, ilk oyun günündə cəmi bir görüş baş tutub.

“Espanyol” səfərdə “Mirandes”lə qarşılaşıb. İlk oyunda məğlub olan meydan sahibləri bu dəfə sərfəli nəticə ilə qələbə qazanmağı bacarıblar. Beləcə, aşağı divizion təmsilçisi La Liqa klubunu kubokdan kənarlaşdırmaqla böyük sensasiyaya imza atıb.

İkinci oyun günündə “Mallorca” ilk oyunda məğlub olduğu “Athletic”i qəbul edib. Amma Bilbao klubu yenə qələbə qazanaraq, mərhələ adlayan tərəf olub. “Barcelona” isə “Real”ı qəbul edib. Xüsusilə növbəti "El Klasiko"ya maraq çox böyük idi. Madrid klubu bu çətin səfərdən heç-heçəylə dönməyi bacarsa da, ilk oyunda qazanılan qələbə məhz "Barcelona"ya mərhələ adlamaq sevinci yaşadıb.

Nəhayət, son gündə “Valencia” “Levante” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün taleyinə isə ilk oyundan sonra demək olar ki, aydınlıq gəlib.

İspaniya kuboku
1/4 final (cavab oyunları)
24 yanvar

Mirandes – Espanyol – 2:1 (ilk oyun – 2:3)

25 yanvar

Mallorca – Athletic - 0:1 (0:2)
Barcelona – Real - 2:2 (2:1)

26 yanvar

00:30. Levante – Valencia (1:4)