“Barcelona” və “Bayern” yarımfinala çıxmağı bacardılar

barcelona-ve-bayern-yarimfinala-cixmagi-bacardilar
Oxunma sayı: 652

Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turnirin erkən finalı kimi dəyərləndirilən qarşılaşmada “Milan” və “Barcelona” görüşüb. Tərəflər ilk görüşdən qolsuz heç-heçə ilə ayrıldığından, hər şeyə Kataloniyada aydınlıq gələcəkdi. Meydan sahiblərinə mütləq qələbə lazım olduğu halda, italyanlar hətta qollu heç-heçə ilə də yarımfinala çıxa bilərdilər. Lakin Kataloniya təmsilçisi doğma meydanda qələbə qazanmaqla, iddialı rəqiblərindən birini sıradan çıxarmağı bacarıb.

“Olympique” (Marsel) də ilk oyunda uduzduğu “Bayern”in qonağı olub. Almanlar cavab görüşündə də qələbə qazanaraq, yarımfinala yüksəliblər.

İkinci oyun günündə isə turnirin ən sürpriz komandalarından sayılan Nikosiya APOEL-i ilk oyunda doğma meydanda böyük hesabla uduzduğu Madrid “Real”ına müqavimət göstərməyə çalışacaq. Lakin şübhəsiz ki, ispanlar yarımfinala vəsiqəni əldən verməyəcək. “Benfica” isə “Chelsea”nin meydanında sürpriz etmək istəyir.

Çempionlar Liqası
1/4 final (cavab oyunları)
3 aprel

Barcelona (İspaniya) – Milan (İtaliya) - 3:1 (ilk oyun 0:0)
Qollar: Messi, 11-pen; 42-pen. İnyesta, 54 - Noçerino, 33.

Bayern (Almaniya) - Olympique (Marsel, Fransa) - 2:0 (2:0)
Qollar: Oliç, 13; 37.

4 aprel

23:45. Chelsea (İngiltərə) - Benfica (Portuqaliya) (1:0)
23:45. Real (İspaniya) - APOEL (Cənubi Kipr) (3:0)