“Barselona” ikinci zərbəni aldı

barselona-ikinci-zerbeni-aldi
Oxunma sayı: 651

Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Bu mərhələdə iki komanda ilə təmsil olunan yeganə ölkə olan İspaniyanın “Barcelona” klubu “Chelsea” ilə üz-üzə gəlib. ÇL-in son qalibini titulunu qorumaq yolunda çətin sınaq gözləyirdi. İngiltərə təmsilçisinə ilk oyunda minimal hesabla məğlub olan kataloniyalılar bunun üçün cavab görüşündə mütləq 2 top fərqi ilə qələbə qazanmalıydılar. Lakin onlar iki qol vurduqdan sonra bunun davamını gətirə bilməyiblər. Əksinə, azlıqda qalan ingilislər əsl futbol möcüzəsi göstərərək, 10 nəfərlə 2 qol vuraraq, sərfəli heç-heçə ilə finala çıxıblar.

Digər yarımfinal cütündə isə İspaniyanın ikinci təmsilçisi “Real” Almaniya “Bayern”i ilə qarşılaşacaq. “Barcelona” ilə müqayisədə Madrid klubunun işi bir qədər daha asandı. Çünki “Real” hətta minimal hesablı qələbə sayəsində də mərhələ adlaya bilər. Almanlara isə bunun üçün heç-heçə də bəs edir.

Çempionlar Liqası
Yarımfinal (cavab oyunları)
24 aprel

Barcelona (İspaniya) - Chelsea (İngiltərə) - 2:2 (ilk oyun - 0:1)
Qollar: Buskets, 35, İnyesta, 44 - Ramires, 45+1, Torres, 90+2.
Matçın 49-cu dəqiqəsində Messi penaltidən yararlana bilməyib

25 aprel

23:45. Real (İspaniya) - Bayern (Almaniya) (1:2)