Baş məşqçilə AFFA nümayəndəsi arasında gərginlik yaşanıb

bas-mesqcile-affa-numayendesi-arasinda-gerginlik-yasanib
Oxunma sayı: 647

Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssisin ilk qalmaqalı sözügedən oyunun AFFA nümayəndəsi Əsgər Əmirəliyevlə düşüb.

Belə ki, nümayəndə ona oyundan sonra keçirilən mətbuat konfransında “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze ilə birgə iştirak etməməsini irad tutub. Yuran isə cavab verib ki, hətta Rusiyada da adətən məşqçilər mətbuat konfransına ayrı-ayrılıqda gəlib, jurnalistlərin suallarını cavablandırırlar.

Bu üzdən tərəflər arasında kiçik mübahisə yaranıb ki, söhbətə hətta Peşəkar Futbol Liqasının təhlükəsizlik xidmətinin işçilərindən də qarışan olub. Yuran isə onlara öz hərəkətlərinə diqqət yetirməyi, onunla əllə danışmamalını məsləhət görüb. Lakin sonda gərginlik ciddi insident baş vermədən sakitləşib.