Baş nazir arvadından qorxur

bas-nazir-arvadindan-qorxur
Oxunma sayı: 644

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Netanyahunun həyat yoldaşı Saradan qorxduğu, bu səbəbdən də bəzi dostları ilə tualetdə gizlənərək telefon əlaqəsi saxladığı önə sürülüb.

ABŞ-da yayımlanan “Vanity Fair” jurnalında yer alan xəbərdə Saranın baş nazir üzərində böyük təsiri olduğu qeyd olunub. Tanınmış iş adamlarından biri jurnala açıqlamasında “İsraildəki bütün şounu o idarə edir” deyib: “Birini vəzir etmək, yaxud rəzil etmək onun əlindədir”.

İsrail mətbuatında Netanyahunun Nazirlər Kabinetini Saranın əhvalı yaxşı olmadığı üçün tərk edə biləcəyi kimi iddialara yer verilib.

Digər bir iddiada isə deyilir ki, baş nazir və həyat yoldaşının küllü miqdarda xərcləmələri ilə bağlı araşdırma yayımlayan “Channel 10-un sahibi Yossi Maiman telefon xəttində baş nazirlə mübahisə edib. Belə ki, bu zaman Sara Netanyahunun əlindən telefon alaraq “Niyə yalan danışırsan? İsraili digər bir soyqırımdan qurtaracaq yeganə adam odur” deyə kanal sahibinin üstünə qışqırıb.