Baş nazir də ağladı

bas-nazir-de-agladi
Oxunma sayı: 675

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, son üç aydır musson yağışlarının 315 nəfərin ölümünə səbəb olduğu ölkədə Baş nazir Yinqlak Çinavatra xalqı birliyə çağırıb. Göz yaşı tökən Çinavatra “Ölkəmizin üçdə biri metrlərlə yüksələn sel suları altındadır. Siyasi mənafeləri bir yana qoyub ölkədəki bütün qüvvələr birləşməlidir”, deyib.
12 milyon əhalinin yaşadığı paytaxt Banqoqda günlərdir davam edən selin qarşısını almaq cəhdləri fayda verməyb. Ölkə bütövlükdə minlərlə insanın müvəqqəti çadır və sığınacaqlarda ağır şərtlər altında yaşamaq uğrunda mücadiləyə davam edir.