Baş nazir dindarlarla görüşdü

bas-nazir-dindarlarla-gorusdu
Oxunma sayı: 677

“Qafqazinfo”nun islam.ru saytına istinadən məlumatına görə, görüşdə müsəlman dni icmalarının təmsilçilərindən Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin, Şimali Qafqaz müsəlmanlarının koordinasiya mərkəzini rəhbəri İsmayıl Berdiyev, Tatarıstan müftisi İldus Fayzov və başqaları iştirak ediblər.

Görüşdə baş nazir din təmsilçilərinə Rusiya universitetlərində teologiya fakültələrinin yaradılmasının vacibliyini bildirib.

Putin ənənəvi dinlərin təmsilçilərinə telekanallarda əlavə efir vaxtının verilməsinə dövlətin yardım edəcəyi barədə də vəd verib.

Qeyd edək ki, Putinin bu görüşü prezidentliyə namizədin seçki kampaniyası çərçivəsində keçirilib.